ABŞ dövlət katibi Si Sinpinlə iyunun 26-da görüşə bilər

10:46 - 19 İyun 2023 - DÜNYA

Çində səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi günortadan sonra Çin prezidenti Si Cinpinlə görüşə bilər.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr yazır ki, görüş hələlik təsdiqlənməyib. İndiyədək ABŞ dövlət katibi Çinin xarici işlər naziri Qin Qanq və ölkənin diplomatiya kuratoru Vanq Yi ilə 10 saatdan çox danışıqlar aparıb.

Bildirilir ki, əvvəllər Çin rəhbəri, bir qayda olaraq, ABŞ dövlət katibləri ilə görüşlər keçirib. 

Xəbər xətti