Rusiya ordusunun Ukraynada itkiləri artıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, son sutkada Rusiya ordusu Ukraynada son sutkada daha 630 hərbçisini itirib. Bununla da Rusiyanın Ukraynada başlatdığı müharibədə canlı qüvvə itkilərinin sayı 220450-ə çatıb
Həmçinin, ötən gün Rusiya silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində 5 tank, 6 zirehli texnika, 18 artilleriya sistemi, 1 helikopter, 12 İHA, 42 maşın, 4 xüsusi təyinatlı maşını məhv edilib.