ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Qin Qang ilə konstruktiv və səmimi danışıqlar aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir.
Danışıqlar iyunun 18-də Pekində baş tutub.
"Dövlət katibi Entoni Blinken bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə səmimi, mənalı və konstruktiv danışıqlar aparıb", - məlumatda deyilir.
Bildirilir ki, iki ölkə arasında ümumi beynəlxalq problemlər üzrə əməkdaşlıq müzakirə olunub. Blinken həmkarını Vaşinqtona cavab səfərinə də dəvət edib.