Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hökumət başçısı Andrey Alekseenko Teleqram kanalında bildirib.
Qeyd edək ki, daha əvvəl 29 qurbanın olduğu bildirilirdi.
Həmçinin, Alekseenkonun sözlərinə görə, baytarlıq xidməti və kommunal xidmətlər briqadaları minə yaxın ölü heyvan toplayıb və onların tələf olduğu yerlər dezinfeksiya edilib.