Sudanda münaqişə tərəfləri Qurban bayramı zamanı atəşkəs elan etmək niyyətindədirlər

13:32 - 17 İyun 2023 - DÜNYA

Sudanda qarşıdurmada iştirak edən tərəflər - ordu və çevik qüvvələr (xüsusi təyinatlılar) bu il iyunda başlayacaq müsəlmanların Qurban bayramı zamanı atəşkəs elan etmək niyyətindədirlər. 

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sky News Arabiya məlumat yayıb.

Məlumata görə, ordu və xüsusi təyinatlılar hazırda “yaxın vaxtlarda qüvvəyə minməli olan üç günlük atəşkəsin şərtlərini təsdiqləyir”. Bunun ardınca Qurban bayramında 5 günlük atəşkəsin elan olunacağı gözlənilir.

Xəbər xətti