Devid və Viktoriya Bekhemə 6 milyon funt sterlinq dəyərində olan evlərində açıq mətbəx tikməyə icazə verilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazır.
Bu həftə West Oxfordshire Şurasına Bekhemin evinin ərazisində başqa bir bina tikmək üçün icazə almaq üçün müraciət edilib. Plana əsasən, binanın ətrafına yabanı bitkilər əkilib, içəridə mətbəx avadanlığı ilə yanaşı, qonaqlar üçün bir neçə stol qoyulacaq.
Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin yemək bişirməyi sevir, lakin qeyri-peşəkarlığına görə ələ salınır. Keçmiş futbolçu həm də həvəsli aşpaz hesab olunur və tez-tez bişirdiyi yeməkləri ailənin Oksfordşirdəki evinə göndərir.
Cütlük 2016-cı ilin dekabrında evi 6 milyon funt-sterlinqə alıb və onun təmirinə milyonlar xərcləyib.