Kuleba və Stoltenberq Ukraynanın NATO-ya daxil olmasını müzakirə ediblər

15:37 - 16 İyun 2023 - DÜNYA

Kuleba və Stoltenberq Ukraynanın NATO-ya daxil olmasını müzakirə ediblər

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter-də yazıb. Nazir NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı apardığını bildirib. Onun sözlərinə görə, dialoq zamanı tərəflər bir sıra məsələləri, o cümlədən Kiyevin Atlantik ambisiyalarını müzakirə ediblər. Kuleba NATO-nun baş katibi Stoltenberqi Ukraynanın alyansa üzvlüyü istiqamətində addım atmağa çağırıb.

O, həmçinin əlavə edib ki, Ukrayna Kiyevə münasibətdə Şimali Atlantika Alyansının NATO Üzvlük Fəaliyyət Planından - bloka qoşulmağa namizədləri hazırlamaq üçün yaradılmış proqramdan çıxmasına ümid edir. Kuleba vurğulayıb ki, təşkilatın öz qərarlarını “yeni reallığa uyğunlaşdırmaq” vaxtı çatıb.

Xəbər xətti