Cənubi Afrika Respublikasının prezidenti Kiyevə gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. Məlumata görə, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Ukrayna Prezidenti Volodimir Zelenski ilə Afrika sülh planını müzakirə etmək üçün Kiyevə gəlib.
Bildirilir ki, onu Ukraynanın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Maksim Subh, eləcə də Cənubi Afrika Respublikasının Ukraynadakı səfiri Andre Qronuald qarşılayıb.
İyunun 16-da mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə Afrika ölkələrindən ibarət nümayəndə heyəti arasında iyunun 17-də Sankt-Peterburqda görüş keçiriləcəyini açıqlamışdı.