29 il əvvəl 85 nəfərin ölümü ilə nəticələnən partlayışa görə 4 livanlı axtarışa verilib

08:19 - 16 İyun 2023 - DÜNYA

Argentina 1994-cü ildə Buenos-Ayres hücumu ilə əlaqədar dörd livanlını axtarışa verib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Clarín qəzeti məlumat yayıb. Belə ki, argentinalı hakim Daniel Rafekas 1994-cü ildə Buenos-Ayresdə törədilən partlayışda əli olmaqda şübhəli bilinən dörd Livan vətəndaşının beynəlxalq axtarışa verilməsinə qərar verib.

Bildirilir ki, hakim prokurorluqdan nəticə əldə edib ki, Hüseyn Munir Muzannar, Əli Hüseyn Abdullah, Abdullah Salman və Faruk Əbdül Hai Omairi partlayışı törədən cinayətkarlara hücumdan bir neçə ay əvvəl Argentinaya daxil olmağa kömək ediblər.

Şübhəlilərin Paraqvayda yaşadığı güman edilir. Livanlılarla bağlı məlumatlar İnterpola verilib.

Argentinalı müstəntiqlər 1994-cü ildə yəhudi mədəniyyət mərkəzində 85 nəfərin ölümü ilə nəticələnən partlayışda iranlı diplomatların və siyasətçilərin əli olduğuna inanırlar. Tehran dəfələrlə bu ittihamları rədd edib. Terror aktı ilə bağlı indiyədək bir nəfər də olsun məhbus görünməyib.

Xəbər xətti