Yunanıstanda qeyri-qanuni miqrantların olduğu gəmi qəzaya uğrayıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə yüzlərlə insan həlak olub
Rəsmi olaraq 80 nəfərin öldüyü məlumdur. Qeyri-rəsmi olaraq bir neçə yüz adamın Peloponnes yarımadasında öldüyü ehtimal edilir. Gəminin göyərtəsində 700-ə yaxın qanunsuz miqrant olub, onların əksəriyyəti itkin düşüb. Xilasedicilər cəsədləri çıxarmaqda davam edir.