Rostovda Elektrik Stansiyasında güclü yanğın baş verib

15:59 - 14 İyun 2023 - DÜNYA

Rostov vilayətində Novocerkassk dövlət dairə elektrik stansiyasında yanğın baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Bildirilir ki, ilkin məlumatlara görə, 6-cı enerji blokunun dam örtüyü yanır.

Alovun 200 kvadrat metr ərazini əhatə etdiyini bildirilir.

Yanğın zamanı 3 nəfər xəsarət alıb.

Stansiyanın fəaliyyəti dayandırılıb, yanğının başvermə səbəbləri araşdırılır.

Xəbər xətti