Rostov vilayətində Novocerkassk dövlət dairə elektrik stansiyasında yanğın baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Bildirilir ki, ilkin məlumatlara görə, 6-cı enerji blokunun dam örtüyü yanır.
Alovun 200 kvadrat metr ərazini əhatə etdiyini bildirilir.
Yanğın zamanı 3 nəfər xəsarət alıb.
Stansiyanın fəaliyyəti dayandırılıb, yanğının başvermə səbəbləri araşdırılır.