Rusiyalı deputat Ukraynada öldürülüb?

13:15 - 14 İyun 2023 - DÜNYA

Ukraynada gedən müharibə zamanı Çeçen əsilli rusiyalı deputat, Ramzan Kadırovun sağ əli Adam Delimxanov öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıblar.

 Rusiya Federasiyasının Dövlət Duması Delimxanovun xəsarət aldığını təsdiqləyib, onun vəziyyəti barədə məlumat verilməyib.

Həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırov mətbuatda onun xəsarət alması ilə bağlı yayılan xəbərlər fonunda Dövlət Dumasının deputatı Adam Delimxanovla əlaqə saxlaya bilmədiyini bildirib. Bu barədə o, Telegram kanalında yazıb.

"Mən özüm Adəm Delimxanovla heç bir şəkildə əlaqə saxlaya bilmirəm. O, əlaqə saxlamır. Mən Ukrayna kəşfiyyatından xahiş edirəm ki, dəqiq hansı yer və hansı mövqelərə vurulduqları barədə məlumat versinlər ki, hələ də əziz qardaşımı tapa bilim" - Kadırov qeyd edib.

Xəbər xətti