Astanada iyunun 21-də Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək
Ucnoqta.az məlumat verir ki, TASS Rusiya xarici işlər nazirinin müavini, Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanova istinadən xəbər verir.
Boqdanov bildirib ki, Rusiyadan böyük bir nümayəndə heyəti Astanaya yollanır. İyunun 21-də Rusiya Federasiyası, İran, Türkiyə, Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq.
Qazaxıstanda keçiriləcək görüşdə müzakirə olunacaq əsas mövzulardan biri də Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair yol xəritəsi layihəsi olacaq. Boqdanov qeyd edir ki, bu layihə artıq hazırdır və Türkiyə tərəfinə baxılması üçün təklif olunacaq.
Türkiyə Türkiyədə terror təşkilatı sayılan Kürdüstan Fəhlə Partiyasına qarşı mübarizə bəhanəsi ilə Suriyanın şimalının bəzi hissələrini işğal edir.