Rusiyanın İrkutsk vilayətində 11 nəfər şaurmadan zəhərələnib
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb. Rusiya Federasiyası İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə istintaq idarəsinin mətbuat xidməti xəbər verir ki, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər qida, mətbəx texnikası və kafe avadanlıqlarından nümunələr götürüblər. Bütün işçilər bakterioloji müayinəyə göndərilib.
Rayon prokurorluğu araşdırma aparır.