ABŞ Ukraynaya əməkdaşlıq üçün “İsrail modeli” təklif etmək istəyir - KİV

11:20 - 14 İyun 2023 - DÜNYA

Vaşinqton Kiyevə NATO-ya qoşulmadan 10 illik təhlükəsizlik öhdəliyini nəzərdə tutan əməkdaşlıq modeli təklif etmək istəyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin administrasiyasındakı mənbələrə istinadən New York Times qəzeti yazıb.

“Baydenin köməkçiləri Konqres üzvlərinə ABŞ-ın 10 illik təhlükəsizlik öhdəliyini ehtiva edən “İsrail Modeli” adlandırdıqlarına bənzər bir şey təklif etmək istədiklərini bildirirlər. Bayden administrasiyasının rəsmilərinin fikrincə, ideya Rusiya lideri Vladimir Putini “Kiyevə silah axınının qurumayacağına” inandırmaq olardı" - məqalədə deyilir.

Eyni zamanda, qəzet vurğulayır ki, bunlar Ukrayna prezidenti Volodimir Zelenskinin can atdığı təhlükəsizliyin “zəmanəti” deyil.

Xəbər xətti