AB və London "Celsi" satışından 2,3 milyard barədə razılığa gələ bilmirlər

08:35 - 14 İyun 2023 - DÜNYA

AB və London "Celsi"nin satışından əldə edilən 2,3 milyard funt-sterlinqin taleyi üzərində mübahisə edirlər

Ucnoqta.az xəbər verir ki, bu barədə “Teleqraf” yazıb. Bildirilir ki, Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra alınan 2,3 milyard funt-sterlinqin (təxminən 2,8 milyard dollar) taleyi ilə bağlı London və Brüssel arasında fikir ayrılıqları qalmaqdadır.

Böyük Britaniya və Avropa İttifaqının bu vəsaitlərin gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı fərqli baxışları var. Qəzetin yazdığına görə, Avropa İttifaqı Ukrayna iqtisadiyyatının uzunmüddətli bərpası üçün pul göndərilməsini düzgün hesab edir. Britaniya hökuməti bu fikirdədir ki, onlar münaqişədən zərər çəkmiş insanlara yardıma xərclənməlidir.

"Çelsi"nin keçmiş sahibi Abramoviç pulun "Ukraynadakı münaqişənin bütün qurbanlarına" kömək etmək üçün istifadə olunacağına dair Britaniya hakimiyyəti ilə klubun satılması ilə razılaşıb.

Xəbər xətti