Rusiya Odessaya "Kalibr"lərlə zərbə endirib

08:00 - 14 İyun 2023 - DÜNYA

Gecə saatlarında Rusiya hərbçiləri Odessaya dörd “Kalibr” raketi buraxıb.

Ucnoqta.az xəbər verir ki, “Cənub” əməliyyat komandanlığının məlumatına görə, zərbə Qara dənizdə olan gəmidən endirilib. Raket hücumu nəticəsində dağıntılar çoxdur, ölənlər və yaralananlar var.

Şəhərin mərkəzində biznes mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyektləri və mağazalar partlayış dalğası nəticəsində zədələnib. İlkin məlumatlara görə, orada 6 nəfər xəsarət alıb.

Həmçinin raketlərdən biri pərakəndə satış şəbəkələrindən birinin anbarına düşb.

"Anbarın üç əməkdaşı həlak olub, yeddi nəfər yaralanıb", - məlumatda deyilir.

Odessa Vilayət Hərbi Administrasiyasının məlumatına görə, ilkin məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 2 raket vurulub.

Xəbər xətti