BMT baş katibinin siyasi məsələlər və sülh quruculuğu üzrə müavini Rozmari DiKarlo iyunun 15-16-da Moskvaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Məlumata görə, DiKarlo Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri və digər hökumət rəsmiləri ilə geniş spektrli sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcək.