ABŞ Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketi ayırıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib. Bunlar, xüsusən, "kritik" hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlar, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli texnikalardır.
Vaşinqton bu dəfə Kiyevə NASAMS hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər, Stinger MANPADS, Javelin, TOW və AT-4 tank əleyhinə sistemlər, Bradley və Stryker piyada döyüş maşınları, 155 mm və 105 mm çaplı mərmilər, atıcı silahlara və qumbaraatanlara 22 milyondan çox mərmi, HIMARS üçün mərmilər, dağıntıları təmizləmək üçün partlayıcı qurğular, qorunan rabitə vasitələri, ehtiyat hissələri tədarük edəcək.