Bu gün yeni səfərbərliyə ehtiyac yoxdur.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbi jurnalistərlə görüşdə deyib. Prezident bildirib ki, 1-2 milyon insanın səfərbər olunması ilə bağlı çağırışlar eşidib, amma bu, məqsəddən asılıdır.
"Yanvar ayından bəri Rusiya Silahlı Qüvvələri 150 000-dən çox müqaviləli hərbçi, könüllülərlə birlikdə - 156 000 nəfəri işə cəlb edib. Təkcə ötən həftə 9500 nəfər RF Silahlı Qüvvələri ilə müqavilə imzalayıb və bu şərtlər altında səfərbərliyə ehtiyac yoxdur", - prezident bildirib.