Moskvadan Qazaxıstana uçan təyyarə Samarada məcburi eniş edib

16:18 - 13 İyun 2023 - DÜNYA

Moskvadan Aktauya uçan və göyərtəsində sərnişinlərin olduğu Sukhoi Superjet təyyarəsi Samara hava limanında məcburi eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

"Şeremetyevo-Aktau marşrutu üzrə hərəkət edən təyyarə Samaradakı Kurumoç hava limanına məcburi eniş edib", - məlumatda deyilir.

Təyyarədə fövqəladə vəziyyətin baş verdiyi qeyd edilsə də, hansının olduğu göstərilmir. 

Xəbər xətti