Ukrayna Silahlı Qüvvələri Berdyanskda və daha iki istiqamətdə uğur qazanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev deyib.
Ukrayna hərbçiləri Berdyansk, Baxmut və Toretsk istiqamətlərində irəliləyişlər əldə edirlər.
Kovalevin sözlərinə görə, son sutka ərzində Berdyansk istiqamətində müdafiəçilər 500 metrdən bir kilometrə qədər irəliləyiblər. Nəzarət altına alınan ərazinin sahəsi üç kvadrat kilometr təşkil edib.
Toretsk istiqamətinə gəlincə, ukraynalı hərbçilərin irəliləməsi orada 200 metr, Baxmut istiqamətində isə 250 metr olub.
"Hazırda Baxmut istiqamətində hücum aparılır, qoşunlarımız hücum əməliyyatlarını davam etdirir. Berxovski su anbarı ərazisində uğurlar var", - Baş Qərargahın sözçüsü bildirib.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiəyə keçdiyi ərazilərdə heç bir mövqe itirilməyib. Eyni zamanda, rus işğalçıları bütün silah spektrindən aktiv atəşlər həyata keçirir və hava zərbələri endirirlər.