Xerson bölgəsində suyun səviyyəsi 27 sm enib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xerson bölgəsinin rəhbəri Aleksandr Prokudin məlumat verib.
"Suyun səviyyəsində azalma tendensiyası davam edir. Bu səhərə olan məlumata görə, daşqınların orta səviyyəsi 2 metr 70 santimetr təşkil edir ki, bu da ötən gecə ilə müqayisədə 27 sm azdır", - Prokudin bildirib.
Sağ sahildə 31 yaşayış məntəqəsində 3600 ev su altında qalıb.
Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində indiyədək 10 nəfərin öldüyü məlumdur. Daha 20 nəfər yaralanıb. 42 nəfər itkin düşmüş hesab olunur.