NATO-nun baş katibi İsveçin iyulda alyansa qoşulacağını proqnozlaşdırır

11:10 - 13 İyun 2023 - DÜNYA

İsveç Vilnüsdə keçiriləcək sammitə qədər alyansa qoşula bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq PBS telekanalına müsahibəsində deyib. Stoltenberq bildirib ki, İsveç təşkilatın Vilnüsdə keçiriləcək sammiti zamanı iyulda alyansa qoşula bilər.

“Mən əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq. Və ola bilsin ki, bu, gələn ay (11-12 iyul) Vilnüsdə keçiriləcək NATO sammiti zamanı baş versin, lakin mən buna zəmanət verə bilmərəm”, - deyə baş katib bildirib.

Onun sözlərinə görə, İsveç NATO-nun tərəfdaşı statusunu alaraq təşkilatın strukturuna getdikcə inteqrasiya edir, lakin tam ratifikasiyaya ehtiyac var. Stoltenberq qeyd edib ki, İsveçin mümkün qədər tez Şimali Atlantika Alyansına üzv olması üçün hər cür səy göstərilir.

İyunun 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Stoltenberq bəyan edib ki, İsveç NATO-ya daxil olmaq üçün Ankaranın bütün şərtlərini yerinə yetirib.

Xəbər xətti