Rusiyada neft emalı zavodunda yanğın baş verib

10:01 - 13 İyun 2023 - DÜNYA

Rusiyanın Krasnodar diyarında neft emalı zavodunda yanğın baş verib
 
Ucnoqta.az xəbər verir ki, bu barədə iyunun 13-də Krasnodar administrasiyasının Teleqram kanalında məlumat verilib. Yanğın Krasnodar neft emalı zavodunun ərazisində baş verib.

Müəyyən edilib ki, Zaxarova küçəsində NEZ-in ərazisində dizel yanacağının emalı üçün kolonlar yanıb.

Administrasiyada baş verən yanğının səbəbi məşəl qaldırıcısının üzərindəki zibillik adlandırılıb. Yanğının söndürülməsi üçün işlər davam edir.

Xəbər xətti