ABŞ-da magistral yol keçidinin çökdüyü yerdə insan qalıqları tapılıb

08:11 - 13 İyun 2023 - DÜNYA

ABŞ-da Filadelfiya şəhəri yaxınlığında I-95 federal magistralının estakadasının bir hissəsinin uçduğu yerdə insan qalıqları tapılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, qalıqların şəxsiyyətini müəyyənləşdirilir. Bu hadisədə ölən və yaralananlar barədə əvvəllər məlumat verilmirdi.

Ştat qubernatoru Coşua Şapiro dağıntıların çıxarılması və estakadanın təmirinin bir neçə aya qədər çəkə biləcəyini deyib.

İ-95 avtomobil yolunun estakadasının bir hissəsi iyunun 11-də 30 min litrdən çox benzin daşıyan yük maşınının alovlanmasından sonra uçub. Hakimiyyət 15 ştatı birləşdirən federal magistralın bir hissəsini bağlamağa məcbur olub. Bu marşrutun uzunluğu 3 min km-dən çoxdur.

Xəbər xətti