Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd edilir ki, iyunun 1-də Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin səbəbləri araşdırılır.