ABŞ prezidenti Co Baydenlə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq arasında bazar ertəsi baş tutmalı olan görüş çərşənbə axşamı, iyunun 13-nə təyin edilib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Baydenin NATO-nun baş katibi Yens Stoltenberq ilə ikitərəfli görüşü və ABŞ diplomatik missiyalarının rəhbərləri üçün Ağ Evdə keçiriləcək qəbul sabaha təyin edilib”, - deyə məlumatda bildirilir.
Ağ Ev görüşün təxirə salınması üçün səbəb göstərməyib.