Serbiyanın 26 şəhərində güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumata görə, 62 nəfər təxliyə edilib.
Bildirilir ki, ötən gecə və səhər saatlarında Krusevaç, Yaqodina, Kraqujevaç və Sombor şəhərlərində kritik vəziyyət yaranıb, güclü yağış nəticəsində həyətyanı sahələri və yaşayış binalarını su basıb.
Serbiyanın Daxili İşlər Nazirliyi ən kritik vəziyyətin Çaçak şəhərində yarandığını bildirib. Yağış kanalizasiyalarının yağıntıya tab gətirə bilməməsi səbəbindən orada 200-dən çox obyekt su altında qalıb.
Fəsadların aradan qaldırılmasında 762 yanğınsöndürən və xilasedici iştirak edir.