Berluskoninin dəfn mərasiminin keçiriləcəyi tarix açıqlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky TG24 məlumat yayıb. Bildirilib ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milan Katedralində keçiriləcək.
Siyasətçi ilə vida mərasimi iyunun 12-də Arkord şəhərindəki villasında başlayacaq və iyunun 13-də Mediaset şirkətinin studiyalarında davam edəcək.
Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də 87 yaşında vəfat edib.