Berluskoninin dəfn mərasimi Milanda keçiriləcək

16:25 - 12 İyun 2023 - DÜNYA

Berluskoninin dəfn mərasiminin keçiriləcəyi tarix açıqlanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky TG24 məlumat yayıb. Bildirilib ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milan Katedralində keçiriləcək.

Siyasətçi ilə vida mərasimi iyunun 12-də Arkord şəhərindəki villasında başlayacaq və iyunun 13-də Mediaset şirkətinin studiyalarında davam edəcək.

Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də 87 yaşında vəfat edib.

Xəbər xətti