ABŞ prezidenti Co Bayden administrasiyası bu ölkələrə veto hüququ vermədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daha altı daimi yer əlavə etməyi təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Qəzetin yazdığına görə, Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild artıq təşkilata üzv olan 193 ölkənin diplomatları ilə üzvlərin sayının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.