NATO baş katibi Vaşinqtonda Bayden və Blinkenlə görüşəcək

14:34 - 12 İyun 2023 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 12-13-də Vaşinqtona səfər edəcək

Ucnoqta.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə alyansın saytında məlumat verilib. Bildirilir ki, o, burada ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Baş katib həmçinin ABŞ Senatının NATO Monitorinq Qrupunun üzvləri ilə görüşəcək.

Stoltenberq və Blinkenin birgə bəyanatı iyunun 13-nə planlaşdırılır.

Xəbər xətti