Roma Papası Zelenskiyə məktub yazıb

14:29 - 12 İyun 2023 - DÜNYA

Roma Papası Fransisk Volodimir Zelenskiyə məktub yazıb

Ucnoqta.az xəbər verri ki, bu barədə TASS məlumat yayıb. Papanın Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi bildirib ki, Roma Papası Fransisk Ukrayna prezidenti Volodimir Zelenskiyə məktub yazıb və orada Rusiya ilə münaqişəyə görə rəğbətini ifadə edib.
“Biz mümkün qədər tez sülhün bərqərar olmasına töhfə verməliyik, buna nail olmaq üçün nəyin lazım olduğunu başa düşməliyik. Bu, Papanın Zelenskiyə yazdığı məktubun mənasıdır, yəni biz onun əziyyət çəkən xalqına necə kömək edə bilərik və yaxın ola bilərik" -o, deyib.

O, həmçinin əlavə edib ki, Rusiya hökumətinin nümayəndələri ilə tezliklə görüşə ümid verən siqnallar alır.

Xəbər xətti