Ukrayna ABŞ-dan əlavə Patriot hava hücumundan müdafiə sistemləri alacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Tanınmış müdafiə şirkəti Raytheon Technologies Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmağı və ildə 12 ədədə çatdırmağı planlaşdırır.
Şirkətin baş icraçı direktoru Qreq Hayes bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, 2024-cü ilin sonuna kimi Ukraynaya daha beş kompleksin çatdırılması planlaşdırılır.
Ukraynanın Klymenko Time nəşrinə görə, "Raytheon Technologies"in istehsalı genişləndirmək qərarı Ukraynada qabaqcıl hava hücumundan müdafiə sistemlərinə artan tələbatın olduğunu göstərir.