Terrorçular İraq ordusunun kazarmalarına hücum ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı ölkənin hərbi dairələrindəki mənbələrə istinadən məlumat yayıb. “İslam Dövləti” yaraqlıları tərəfindən həyata keçirildiyi iddia edilən hücum nəticəsində 3 İraq əsgəri ölüb, 4-ü yaralanıb.
Terrorçuların Vadi ən-Naft şəhərində hökumət qoşunlarının kazarmalarına hücumu səhər saatlarında baş verib. Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 əsgəri öldürüb, 4 əsgər isə yaralanıb.
Telekanal qeyd edir ki, Vadi əl-Naft Kərkük şəhərindən təxminən 25 km qərbdə yerləşir və Kərkükün sahibi olan İraqın mərkəzi hökuməti ilə Kürdüstan muxtariyyəti arasında mübahisəli ərazidədir.