Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın Kaxovkaya SES-dəki terror aktını araşdırmağa başlayır
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, BCM-nin nümayəndələri artıq bəndin partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinə səfər ediblər.
“Fəlakətdən sonrakı ilk gün baş prokuror bu fəlakətin araşdırılması üçün BCM-ə müvafiq müraciət göndərib. Və iş artıq başlayıb. Çox vacibdir ki, beynəlxalq ədalət təmsilçiləri bu rus terror aktının nəticələrini öz gözləri ilə görüb rus terrorunun davam etdiyini eşitsinlər. Su basmış ərazinin, evakuasiya ərazisinin ən rüsvayçı şəkildə atəşə tutulması ilə davam edir”, - dövlət başçısı bildirib.