Rusiya ordusu daha bir bəndi partladıb - FOTO

23:34 - 11 İyun 2023 - DÜNYA

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün Zaporojye vilayətində bəndi partladıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə telemarafonun efirində Tauride istiqamətinin Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen bildirib.

Bənd Zaporojye vilayətinin Poloqovski rayonunun Novodarovka kəndi yaxınlığında yerləşirdi. Partlayış çayın sahillərində yaşayış məntəqələrini su basmasına səbəb olub. Şerşen hesab edir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin hücumunun gedişatına təsir etməyəcək.


Xəbər xətti