Bazar günü Yaponiyanın Hokkaydo adası yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Fəlakətin episentri adanın cənub hissəsində yerləşən Sakit okeanda olub. Mənbə okeanın dibinin 140 km dərinliyində yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.