Kanada Yanukoviçə qarşı sanksiyalar tətbiq edib

00:12 - 11 İyun 2023 - DÜNYA

Kanada Yanukoviç, Podolyaki və Donetsk, Zaporojye və Xerson vilayətinin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Kanada Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb. Məlumata görə, Kanada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə, bloger Yuriy Podolyaka, həmçinin Donetsk, Zaporojye və Xerson vilayətlərinin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına digər məsələlərlə yanaşı, Donetsk informasiya nazirinin birinci müavini Daniil Bezsonov, Xerson vilayətinin mədəniyyət naziri Aleksandr Kuzmenko, həmçinin Krım və Xerson vilayətinin Mədəniyyət Nazirliyi, və Zaporojye və Xerson vilayətlərinin elmi və digər şöbələri, Təhsil Nazirliyi də daxildir.

Xəbər xətti