Kanada hakimiyyəti Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etmək üçün təlimlərin təşkilində Qərb ölkələrinin səylərini dəstəkləmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü Kanadanın baş naziri Castin Trüdonun Kiyevə elan olunmamış səfərindən sonra mətbuat xidmətinin məlumatında deyilir.
“Kanada pilotların yetişdirilməsi, Ukrayna F-16-larının saxlanması və dəstəklənməsi üzrə çoxmillətli səylərə töhfə verəcək”, - məlumatda deyilir.
Bundan əlavə, Ottava Kiyevə 288 AIM-7 hava-hava raketi və Qərb istehsalı silahlar üçün 10000 105 millimetrlik mərmi verəcək və yaxın həftələrdə Kanadanın Roshel şirkətinin istehsalı olan 122 zirehli texnikanın ikinci partiyasını təhvil verəcək.
Hazırda Ukraynaya 78 belə zirehli texnika gətirilib.