Qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

15:29 - 9 İyun 2023 - HADİSƏ

Qubada qonşusunun evindən  oğurluq edən şəxs saxlanılıb 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçreş kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev saxlanılıb.  

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində  həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti