İsrail İranın nüvə proqramını dayandırmaq üçün güc tətbiq etməyə hazır olduğunu bildirir

13:59 - 9 İyun 2023 - DÜNYA

İsrail İranın nüvə proqramını dayandırmaq üçün güc tətbiq etməyə hazır olduğunu bildirib

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Britaniyanın Sky News telekanalına müsahibəsində deyib. Benyamin Netanyahu bu məsələdə "təkcə diplomatiyanın işləyəcəyinə" şübhə ilə yanaşdığını bildirib.

"Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. Düşünürəm ki, diplomatiya yalnız real hərbi təhdid və ya məhdudlaşdırma nəticə vermədiyi təqdirdə hərbi variantlara müraciət etmək istəyi ilə birləşdirildikdə işləyə bilər. Biz müdafiə üçün nə lazımdırsa edəcəyik” - o, müsahibəsində deyib.

Netanyahu həmçinin İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin tezliklə normallaşmasına ümid etdiyini bildirib. 

Xəbər xətti