Müəllimlərin sertifikasiyası ilə bağlı dəyişiklik qəbul edildi

12:08 - 9 İyun 2023 - Cəmiyyət

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.///report

Xəbər xətti