Lənkəranda həkim bıçaqlanıb

10:14 - 9 İyun 2023 - HADİSƏ

Lənkəranda blçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi,1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törətməkdə təsdiqli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti