Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurası katibinin kommunikasiyaların bloklanması ilə bağlı bəyanatına cavab verib.
Ucnoqta.az xəbər verir ki, Mariya Zaxarova brifinqdə Ermənistanın Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanı qərar verməyə çağırıb:
"Ya normal dialoq, hansı ki, erməni tərəfi ilə bununla bağlı təcrübə var, ya da “belə” bəyanatlar".
“Biz birincini seçirik”, - deyə o, blokun açılması məsələsinin Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinləri tərəfindən hazırlandığını vurğulayıb.