Ukraynanın baş prokuroru Andriy Kostin Kaxovka su elektrik stansiyasının dağıdılması ilə bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Rada kanalının efirində baş prokurorun müşaviri Maksim Popov danışıb.
Onun sözlərinə görə, Ukrayna BCM-ə Kaxovka SES-də baş verənlərlə bağlı “ilkin məlumat” verib.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski demişdi ki, Kiyev su elektrik stansiyasının dağıdılması ilə bağlı Moskvaya qarşı BCM-yə iddia qaldıracaq. O, həmçinin bəyan edib ki, Kaxovskaya SES-i obyektin içindən partladan rusiyalı hərbçilər olub.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Xerson vilayətində Kaxovka su elektrik stansiyasının yuxarı hissəsi dağılıb. Nəzarətsiz axıdılan sular nəticəsində Xerson və Novaya Kaxovka da daxil olmaqla onlarla yaşayış məntəqəsi su altında qalıb.