Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb
Ucnoqta.az bu barədə Türkiyə prezidenti ofisinə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək Kaxovka Su Elektrik Stansiyasında (SES) baş verən partlayışı araşdırmaq üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edib.
Prezident Ərdoğan Rusiya və Ukrayna ekspertlərinin, BMT-nin və beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyənin iştirakı ilə komissiya yaradıla biləcəyini bəyan edib.
"Türkiyə bu işdə köməklik göstərməyə hazırdır”, - məlumatda deyilir.