Ərdoğan və Zelenski ətrafındakı vəziyyəti və taxıl müqaviləsini müzakirə ediblər

16:25 - 7 İyun 2023 - DÜNYA

Ərdoğan və Zelenski telefonla Kaxovskaya su elektrik stansiyası ətrafındakı vəziyyəti və taxıl müqaviləsini müzakirə ediblər

Ucnoqta.az xəbər verir ki, Türkiyə liderinin ofisi məlumat yayıb. Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonda Kaxovskaya SES-in bəndi ətrafındakı vəziyyəti və taxıl sövdələşməsini müzakirə ediblər.

O, Kaxovskaya su elektrik stansiyasının bəndində baş verənləri araşdırmaq üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə komissiya yaradılmasını təklif edib. 

“Prezident Ərdoğan deyib ki, Kaxovskaya su elektrik bəndində baş vermiş partlayışla bağlı hərtərəfli araşdırma aparmaq üçün müharibə edən tərəflər, BMT və beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər" - ofisin açıqlamasında deyilir.

Xəbər xətti